Sorry, you need to enable JavaScript to visit this website.

Prostamol® Uno NƏDİR

İstifadəsinə göstərişlər

Prostamol Uno preparatının tərkibində bitki mənşəli Serenoa repens ekstraktı vardır.

Prostamol Uno yetkin kişilərdə, ciddi xəstəliklər həkim tərəfindən istisna edildikdən sonra, prostat vəzinin I və II mərhələdə olan qeyri-xərçəng mənşəli xoşxassəli böyüməsi səbəbindən yaranan sidik ifrazı ilə bağlı çətinliklərin (sidik kisəsini boşaltmağın çətinləşməsinin) müalicəsi üçün istifadə edilir.

Prostamol Uno prostat vəzi toxumasının sonrakı böyüməsinin qarşısını alır və bu səbəbdən də sidik kisəsinə olan təzyiqi yüngülləşdirir və sidik şırnağını gücləndirir.

 

Tərkibi

Preparatın təsiredici maddəsi Serenoa palması meyvələrinin ekstraktıdır:

kapsulda 320 mq Serenoa palması meyvələrinin ekstraktı vardır (Serenoae repentis fructus extractum) (9-11:1) 320 mq

İstifadə qaydası

Prostamol Uno preparatının 1 kapsulunu hər gün eyni vaxtda qəbul edin. Yumşaq kapsulu yeməkdən sonra, kifayət miqdarda su ilə birlikdə, bütöv şəkildə qəbul edin.

Müalicə müddəti xəstəliyin xarakterindən, şiddətindən və gedişindən asılıdır və zaman məhdudiyyəti yoxdur. Zəhmət olmasa, istifadə qaydası ilə bağlı həkiminizlə məsləhətləşin.

Prostamol Uno ilə müalicə uzunmüddətli və mütəmadi bir prosesdir. Müalicənin uğurlu olması üçün preparatın mütəmadi olaraq hər gün qəbul edilməsi vacibdir. Şikayətlərdə yaxşılaşma yalnız təxminən altı həftədən sonra gözlənilə bilər. Tam effektivliyin əldə edilməsi üç ay çəkə bilər.

6 həftəlik müalicədən sonra şikayətlərinizdə yaxşılaşma yoxdursa və ya onlar pisləşirsə, həkiminizlə məsləhətləşin.

Xəbərdarlıqlar

Prostamol Uno yetkin kişilərdə prostat vəzinin Alken üzrə I və II mərhələdə olan xoşxassəli hiperplaziyası zamanı sidik ifrazı ilə bağlı çətinliklərin müalicəsi üçün istifadə edilir.

Preparat cinsi funksiyaya təsir etmir. Əgər sidik ifrazı ilə bağlı çətinliklərinizin səbəbini bilmirsinizsə, zəhmət olmasa, həkiminizlə məsləhətləşin.

Əgər sizdə prostat vəzinin böyüməsi vardırsa, Prostamol Uno preparatı yalnız yüngül və orta dərəcəli şikayətləri aradan qaldırır. Preparat prostat vəzini normal ölçülərinə qaytarmır. Buna görə də, prostat vəzidə baş verə biləcək bədxassəli dəyişiklikləri istisna etmək üçün mütəmadi olaraq həkiminizə müraciət edin.

 

BURAXILIŞ FORMASI

Prostamol® Uno preparatı 30 kapsuldan ibarət qutu şəklində buraxılır.

Prostamol® Uno preparatının bir kapsulunda 320 mq Serenoa repens ekstraktı vardır