PROSTAMOL® Uno NƏDİR?
Prostamol® Uno prostat vəzinin xoşxassəli hiperplaziyası səbəbindən sidik ifrazında yaranan çətinliklərin simptomatik müalicəsi üçün istifadə edilən bitki mənşəli dərman preparatıdır.
SERENOA REPENS NƏDİR?
Serenoa Repens və ya Serenoa palması karlik palmadır. Serenoa repens subtropik iqlimi olan sahilyanı ərazilərdə, xüsusən ABŞ-da (Floridada) kortəbii olaraq bitir. Bu bitkinin yağ turşuları və fitosteroidlərlə zəngin olan qırmızımtıl-qara rəngli meyvələri vardır. Amerika hinduları əsrlər boyu bu bitki barədə bilirdilər və ondan sidik və reproduktiv sistemlərin sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edirdilər.
PROSTAMOL® Uno NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR?
Prostamol® Uno yetkin kişilərdə, ciddi xəstəliklər həkim tərəfindən istisna edildikdən sonra, prostat vəzinin I və II mərhələdə olan qeyri-xərçəng mənşəli xoşxassəli böyüməsi səbəbindən yaranan sidik ifrazı ilə bağlı çətinliklərin (sidik kisəsini boşaltmağın çətinləşməsinin) müalicəsi üçün istifadə edilir.
PROSTAMOL® Uno PREPARATININ TƏRKİBİ?
Prostamol® Uno preparatı içərisində Serenoa repens meyvələrinin duru məhlulda 320 mq yağlı ekstraktının olduğu yumşaq kapsullar şəklində buraxılır. Yumşaq kapsullar – təsiredici maddələrin yağlı məhlulda saxlanması üçün optimal uyğun olan və kifayət miqdarda su ilə asanlıqla udula bilən xüsusi farmasevtik formadır.
PROSTAMOL® Uno NECƏ QƏBUL EDİLMƏLİDİR?
Gündə bir yumşaq kapsulun qəbulu tövsiyə olunur. Prostamol® Uno kapsulları yeməkdən sonra, kifayət qədər maye, yaxşı olar ki, bir stəkan su ilə içilərək bütöv şəkildə udulmalıdır.
PROSTAMOL® UNO PREPARATINI QƏBUL ETMƏYI UNUTMUŞAMSA, NÖVBƏTI GÜN IKI KAPSUL QƏBUL ETMƏLIYƏM?
Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin.
NƏ ÜÇÜN PREPARATI YEMƏKDƏN SONRA QƏBUL ETMƏK TÖVSIYƏ OLUNUR? PREPARATI ACQARINA VƏZIYYƏTDƏ QƏBUL ETMƏK ÜÇÜN HƏR HANSI ƏKS-GÖSTƏRIŞLƏR VARDIRMI?
Prostamol® Uno preparatını yeməkdən sonra qəbul etmək tövsiyə olunur, çünki acqarına vəziyyətdə qəbul edildikdə onun tərkibində olan Serenoa Repensin lipid-sterol ekstraktları bəzən qarında narahatlıq hissinə, məsələn, ürəkbulanmaya və qarında ağrıya səbəb ola bilər. Beləliklə də, məhsulun peroral qəbulu ilə əlaqəli bu cür pozuntuların yaranma riskini minimuma endirmək məsləhət görülür.
PROSTAMOL® Uno PREPARATINI HARADAN ALA BİLƏRƏM?
Prostamol® Uno bir çox apteklərdə satılır və həmçinin mövcud onlayn apteklərdə də tapıla bilər.
YUMŞAQ JELATİN KAPSULLARIN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?
Yumşaq kapsullar peroral qəbul üçün nəzərdə tutulmuş farmasevtik formadır. Onlar içərisində təsiredici maddənin məhlulunun bir dozasının olduğu jelatin örtükdən ibarətdir. Yumşaq kapsullar təsiredici, maye və əsasən yağlı maddələrin saxlanması üçün optimaldırlar.
Yumşaq kapsulları qəbul etmək daha asandır və onlar udma ilə bağlı narahatlığın qarşısını almağa imkan verirlər. Onlar daxilə qəbul edildikdən sonra sürətlə həll olunaraq asanlıqla sorulur və təsiredici maddəni orqanizmdə azad edirlər.
Daxilindəki təsiredici maddənin yağlı məhlulunun dadından və ya qoxusundan asılı olmayaraq yumşaq kapsullar dadsız və iysizdirlər.
PROSTAMOL® Uno PREPARATINI RESEPTSİZ ƏLDƏ ETMƏK OLARMI?
Prostamol® Uno dərman preparatıdır və reseptsiz əldə edilə bilər. Bununla yanaşı, hər hansı şübhələriniz olduqda əczaçıya və ya həkiminizə müraciət etməyiniz vacibdir.
PROSTAMOL® Uno KAPSULLARINI ÇEYNƏDİKDƏ NƏ BAŞ VERƏ BİLƏR?
Yumşaq kapsullar yeməkdən sonra, kifayət miqdarda maye (yaxşı olar ki, bir stəkan su) ilə birlikdə bütöv şəkildə qəbul edilməlidir.
PROSTAMOL® Uno PREPARATININ TƏRKİBİNDƏ QLÜTEN VARDIRMI?
Prostamol® Uno preparatının tərkibində qlüten yoxdur.
PROSTAMOL® Uno PREPARATININ TƏRKİBİNDƏ LAKTOZA VARDIRMI?
Prostamol® Uno preparatının tərkibində laktoza yoxdur.
PROSTAMOL® Uno PREPARATININ TƏRKİBİNDƏ HEYVAN MƏNŞƏLİ MƏHSULLAR VARDIRMI?
Prostamol® Uno preparatının tərkibində heyvan mənşəli məhsullar vardır, yumşaq kapsulun tərkibinə donuz jelatini daxildir.
KAPSULU UDMAQDA ÇƏTINLIK ÇƏKIRƏM, PROSTAMOL® UNO KAPSULUNU AÇMAQ VƏ IÇINDƏKI MÖHTƏVIYYATI UDMAQ OLARMI?
Xeyr, Prostamol® Uno kapsulunun möhtəviyyatı maye olduğundan, kapsulun olduğu kimi qəbul edilməsi nəzərdə tutulmuşdur.
PROSTAMOL® Uno PREPARATI HANSI HALLARDA ƏKS-GÖSTƏRİŞDİR?
Serenoa repens ekstraktı təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq zamanı əks-göstərişdir.
PROSTAMOL® Uno PREPARATININ MÜMKÜN ƏLAVƏ TƏSİRLƏRİ HANSILARDIR ?
Ümumiyyətlə, Serenoa Repens preparatları yaxşı keçirilir. Ən çox rast gəlinən yüngül əlavə təsirlər mədə-bağırsaq traktı tərəfindən baş verir (qarında ağrı, ürəkbulanma, qusma və ishal).
