SERENOA REPENS
Serenoa repens nədir
Serenoa repens və ya Serenoa palması subtropik iqlimi olan sahilyanı ərazilərdə, xüsusən ABŞ-da (Floridada) kortəbii olaraq bitən karlik palmadır. Bu bitkinin yağ turşuları və fitosteroidlərlə zəngin olan qara-qırmızımtıl rəngli meyvələri vardır.
Bitkinin mənşəyi haradandır?
Serenoa repens bitkisinin istifadəsi öz mənşəyini Amerikadan götürür, yerli amerikalılar bu bitkidən sidik-cinsiyyət sisteminin sağlamlığı üçün istifadə edirdilər. Daha sonra koloniyaçılar bu bitkinin meyvələrini tonuslandırıcı vasitə qismində istifadə etməyə başladılar. Ədəbiyyatda sidik yollarının sağlamlığı üçün bu bitkinin istifadəsinə dair ilk məlumatlar XX əsrin əvvəllərinə aiddir.
PROSTAT VƏZİ
Prostat vəzi kişilərin sidik-cinsiyyət sisteminə aid olan bir vəzidir.
Bu vəzi bilavasitə sidik kisəsinin altında, düz bağırsağın önündə və qasıq bitişməsinin arxasında yerləşir.
Onun ölçüləri və forması şabalıda bənzəyir, əsası yuxarıda, zirvəsi isə aşağıdadır.
Prostat vəzinin həcmi və çəkisi yaşdan asılı olaraq dəyişir: 20-30 yaşlarında onun ölçüləri 4 x 3 x 2 sm, orta çəkisi isə təxminən 20 qram təşkil edir.
Prostat vəzi iki növ toxumadan ibarətdir: vəzili hissə və əzələli hissə. Prostat vəzi ikincili cinsiyyət orqanı kimi xüsusi funksiyalara malikdir və sidikçıxarıcı yolların fiziologiyasını dəstəkləyir
Prostat vəzi ikincili cinsiyyət orqanıdır; vəzili toxuma prostat şirəsi ifraz edir, bir qədər turş maye olan prostat şirəsi eyakulyasiya zamanı sperma ilə qarışır və spermatozoidlərin yaşaması üçün zəruri olan elementləri ehtiva edir.
Prostat vəzi həm də sidik sisteminin fiziologiyasını dəstəkləyir. Əzələli strukturu onun "sıxıcı halqa" rolunu oynamasına imkan verir ki, bu da sidik axınının tənzimlənməsinə və sidiyin saxlanmasına kömək edir.
Keyfiyyət birinci yerdədir
Keyfiyyət əczaçılıq şirkətinin prioritet məsələsidir və onun dərman preparatlarının pasiyentlər üçün təhlükəsiz, effektiv və münasib olmasının təmin edilməsi üçün tələb olunan işlənib hazırlanma, istehsal, paylanma və farmakonəzarət sahələrində bütün fəaliyyətini müəyyən edir.
Dəyərlərimiz
Biz hər gün öz dəyərlərimizi həyata keçiririk. Menarini və Berlin-Chemie şirkətlərinə həyat verən və onların tarixlərini formalaşdıran 4 dəyər.
Biz hamımız onların bir hissəsiyik və gündəlik təcrübəmizdə bu dəyərləri daima tətbiq edərək onları həyata keçiririk.
İnsanlar Menarini və Berlin-Chemie şirkətlərinin dəyərlərinin əsasını təşkil edir. MİSSİYA: Hər bir xəstəliyin müalicəsi. Daha çox sağlamlıq, daha çox xoşbəxtlik, daha çox həyat.
VİZYON: Sağlamlıq yaşamaq üçün öhdəliyimizdir.
