Kişilərdə sidikçıxarıcı yolların ən çox rast gəlinən simptomlarına sidik ifrazı üçün gecələr mütəmadi olaraq yataqdan qalxma zərurəti kimi müəyyən edilən nokturiya, tez-tez sidik ifrazı, sidik şırnağının zəif olması, fasiləsiz olmaması, sidik ifrazına imperativ çağırışlar və sidik ifrazı zamanı gücənmə aiddir.
Nokturiya – aşağı sidikçıxarıcı yolların həyat keyfiyyətinə ən çox mənfi təsir göstərən simptomudur.
Könüllü sidik ifrazından sonra sidik kisəsində qalan sidiyin miqdarı kimi müəyyən edilən qalıq sidik, aşağı sidikçıxarıcı yolların simptomları, təşviş və depressiya PVXH olan kişilərdə sağlamlıqla bağlı həyat keyfiyyətinin mühüm proqnostik amilləridir.
