Təbiətdən gələn dəstək
Prostamol® tərkibində Serenoa repens ekstraktı olan bitki mənşəli preparatdır. Serenoa repens bitkisinin istifadəsi öz mənşəyini Amerikadan götürür, yerli amerikalılar bu bitkidən sonsuzluq və impotensiya hallarının müalicəsi üçün istifadə edirdilər. Ədəbiyyatda sidik yolları ilə bağlı şikayətlər zamanı bu bitkinin istifadəsinə dair ilk məlumatlar XX əsrin əvvəllərinə aiddir. Serenoa repens bitkisi subtropik iqlimi olan sahilyanı ərazilərdə, xüsusən ABŞ-da (Floridada) kortəbii olaraq bitir.
Prostamol® Uno preparatının 30 günlük qəbulu ilə başlayın
1 aylıq istifadə üçün
Hər birində 320 mq Serenoa repens ekstraktı olan 30 yumşaq kapsuldan ibarət qutu
PROSTAT VƏZİNİN XOŞXASSƏLİ HİPERPLAZİYASI
Prostat vəzinin xoşxassəli hiperplaziyasından (PVXH) əziyyət çəkən pasiyentlərin həyat keyfiyyəti aşağıdır və bu, onların psixi sağlamlığına ciddi təsir göstərir
Kişilərdə sidikçıxarıcı yolların ən çox rast gəlinən simptomlarına sidik ifrazı üçün gecələr mütəmadi olaraq yataqdan qalxma zərurəti kimi müəyyən edilən nokturiya, tez-tez sidik ifrazı, sidik şırnağının zəif olması, fasiləsiz olmaması, sidik ifrazına imperativ çağırışlar və sidik ifrazı zamanı gücənmə aiddir
Pasiyentin sidik ifraz etmək üçün gecələr mütəmadi olaraq yataqdan qalxma zərurəti kimi müəyyən edilən nokturiya onun həyat keyfiyyətinə ən çox mənfi təsir göstərən simptomdur.
Könüllü sidik ifrazından sonra sidik kisəsində qalan sidiyin miqdarı kimi müəyyən edilən qalıq sidik, aşağı sidikçıxarıcı yolların simptomları, təşviş və depressiya PVXH olan kişilərdə sağlamlıqla bağlı həyat keyfiyyətinin mühüm proqnostik amilləridir.
Prostamol® Uno - nu seçin
Tərkibində Serenoa repens ekstraktı olan Prostamol® Uno preparatının gündə 1 kapsulunun qəbulu aşağı sidikçıxarıcı yolların prostat vəzinin xoşxassəli hiperplaziyası ilə bağlı simptomlarını yüngülləşdirməyə kömək edə bilər.
