red dot

Prostat - kişinin ikinci ürəyi

Prostat vezi

Prostat vəzi (lat. prostata) kişilərin reproduktiv sisteminin bir hissəsidir. Bu vəzi spermanın tərkib hissələrindən biri olan şirəni ifraz edir.

Prostat vəzi sidik kisəsinin altında yerləşir, arxasında düz bağırsaq vardır, sidik kanalı isə prostat vəzinin mərkəzindən keçir

Prostat vəzi formaca şabalıda və ya fındığa bənzəyir və onun çəkisi 11 qramdır. 45 yaşdan böyük kişilərdə bu vəzi narıngi ölçülərinədək böyüyə bilər.

Prostat vəzinin funksiyası

Prostat vəzi toxum mayesini sekresiya edir (toxum mayesinin təxminən 25%-i prostat vəzi tərəfindən ifraz edilir). Toxum mayesi sperma hüceyrələrini qidalandırır və qoruyur. Xayaların ifraz etdiyi testosteron hormonu prostat vəzinin funksiyasının tənzimlənməsində çox mühüm rol oynayır.

Prostat vəzinin böyüməsi

İnsan doğularkən prostat vəzinin çəkisi sadəcə bir neçə qram olur. Prostat vəzinin fizioloji inkişafı cinsi yetişkənlik dövründə başlayır və 20 yaşında onun ölçüləri və çəkisi böyüklərdəki ilə eyni olur. Sağlam yetkin kişidə onun çəkisi təxminən 11 q olur, forma və ölçü baxımından şabalıdı xatırladır.

İkinci inkişaf mərhələsi 45 yaşa təsadüf edir. Prostat vəzinin böyüməsinə nəyin səbəb olduğu hələ də tam aydın deyildir. Hal-hazırda qəbul edilmiş nəzəriyyələrə görə, prostat vəzinin böyüməsinin hərəkətverici amilləri cinsi hormonlar - androgenlər və estrogenlər hesab edilir.

Prostat vəzinin normal forması

Normal prostat vəzi

Böyümüş prostat vəzi

Böyümüş prostat vəzi

red dot

Prostat vəzinin patologiyaları

Prostat vəzinin diaqnostikası

Prostat vəzinin xoşxassəli hiperplaziyası (PXH) adlandırılan prostat vəzinin bədxassəli olmayan genişlənməsi prostat vəzinin həddən artıq böyüməsinin nəticəsidir və aşağı sidik yollarının, həm gündüz, həm də gecə vaxtları həyat keyfiyyətini pisləşdirən ağır simptomları ilə xarakterizə olunur.

Bakterial ve qeyri-bakterial prostatit

Prostatit – prostat vəzinin iltihabıdır.

Üstünlük təşkil edən simptomlar aşağıdakılardır:

  • müxtəlif yerlərdə: qasıqda, cinsiyyət orqanlarında və belin aşağı hissəsində ağrı, bu səbəbdən insan eyakulyasiya, defekasiya və hətta oturma zamanı ağrı hiss edə bilər.
  • tez-tez sidiyə çıxma ehtiyacı
  • sidik şırnağının zəif olması və sidik ifrazının çətinləşməsi
  • sidik ifrazı zamanı ağrı və ya sidik ifrazı zamanı güclənən ağrı.

Prostat xərçəngi

Prostat vəzinin xərçəngi kişilər arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Bu xəstəliyin yayılma dərəcəsi yaş artdıqca artır.

Klinik inkişafın erkən, simptomsuz mərhələsində aşkar edilmiş prostat vəzi xərçəngi tam müalicə edilə bilər.

Bu xəstəliyin inkişafına şərait yaradan risk amilləri aşağıdakılardır:

  • artan yaş
  • irsi amillər
  • etnik mənşə (qaradərili kişilərdə daha çox rast gəlinir)

Aşağıdakı simptomlar müşahidə edilə bilər:

  • tez-tez sidiyə çıxma ehtiyacı, xüsusən gecələr
  • sidik ifrazına başlamanın çətinləşməsi və ya sidik ləngiməsi
  • ağrılı və ya yandırıcı sidik ifrazı
  • ağrılı eyakulyasiya
  • sidikdə və ya spermada qanın olması
  • belin aşağı hissəsində, budlarda və ya budların yuxarı hissəsində tez-tez ağrı və ya gərilmə
  • iştahın itməsi və çəkinin azalması

 

İnkişafının erkən mərhələlərində prostat vəzinin xərçəngi simptomsuz keçir və xəstənin heç bir şikayəti olmur.

PXH və ya prostatitin bəzi simptomlarının həm də prostat vəzi xərçəngində müşahidə olunduğunu nəzərə alaraq, bu simptomlardan hər hansı birini özündə hiss edən kişilərin simptomların əsas səbəbini müəyyənləşdirmək məqsədi ilə diqqətlə müayinə olunmaları tövsiyə edilir.

Erkən qoyulmuş düzgün diaqnoz çox mühümdür!

Profilaktik tibbi müayinələr.

50 yaşdan sonra kontrol tibbi müayinə məqsədi ilə uroloqa müraciət etmək (ən azı ildə 1 dəfə) zəruridir.

red dot

PXH nədir?

Prostat vəzinin xoşxassəli hiperplaziyası

PXH, yəni prostat vəzinin bədxassəli olmayan genişlənməsi 50 yaşdan yuxarı kişilərdə sidik-cinsiyyət sisteminin ən çox rast gələn patologiyasıdır.

PXH – prostat vəzinin böyüməsi adətən, bir sıra cansıxıcı simptomlarla xarakterizə olunur, bu simptomlar birlikdə aşağı sidik yolları simptomları (ASYS) adlandırılır (PXH simptomlarına baxın). Həcmcə böyümüş prostat vəzi sidik kanalını (sidiyin sidik kisəsindən axıb gəldiyi yolu) sıxır və sidik ifrazı ilə əlaqədar problemlərə səbəb olur, bu problemlər uzun illər ərzində davam edərək, sidik kisəsində və böyrəklərdə arzuolunmaz anatomik və funksional dəyişikliklərə (məsələn, sidik kisəsinin çıxış dəliyinin obstruksiyası kimi) gətirib çıxara bilər.

Prostat vəzinin xoşxassəli hiperplaziyası

Prostat vəzi

Normal prostat vəzi

Prostat vəzinin böyüməsi

Böyümüş prostat vəzi

Prostat vəzinin xoşxassəli hiperplaziyası

PXH-nın səbəbləri tam aydınlaşdırılmamışdır. Ən mühüm risk amilləri aşağıdakılardır:

  • kişinin yaşı – kişinin yaşı nə qədər çoxdursa, PXH riski də bir o qədər yüksəkdir.
  • hormonlar – prostat vəzi kişi cinsi hormonundan – testosterondan asılı olan bir vəzidir, bu hormonun 95%-i xayalarda ifraz olunur.

Prostat vəzinin xoşxassəli hiperplaziyasının səbəbləri

  • Daha tez-tez sidik ifrazına tələbatın yaranması, xüsusilə gecələr
  • Sidik şırnağının zəif və ya fasiləli olması
  • “Sızma”
  • Sidik kisəsinin natamam boşalma hissi
  • Sidik ifrazı zamanı ağrı hissi
  • Cinsi fəaliyyətin pozulması

Bu əlamətlərin əksəriyyəti prostat vəzinin uretranı sıxması nəticəsində meydana çıxır (onun vasitəsilə sidik kisədən axır).

Prostat vəzinin diaqnostikası

Diaqnostika həkim uroloqun müayinəsinə kontrol gəlişdən başlayır, həkim xəstəyə aşağı sidik yolları ilə əlaqədar olan simptomlar və şikayətlər, o cümlədən xəstənin cinsi həyatı və mümkün erektil disfunksiyalar barədə suallar verir.

Aşağı sidik yolları simptomlarının ağırlıq dərəcəsini qiymətləndirmək üçün Prostat vəzi Simptomlarının Beynəlxalq Qiymətləndirmə şkalasından - IPSS (International Prostate Symptoms Score) sistemindən istifadə edilir. Bu – yeddi simptomdan və həyat keyfiyyətinə dair bir sualdan ibarət olan sorğu vərəqidir. Hər bir sual üçün xal təyin edilir və xalların cəmi patologiyanın ağırlıq dərəcəsini göstərir. Bundan əlavə, həyat keyfiyyətinə dair suala (QoL) cavab xəstənin təsvir etdiyi problemlərin xəstə üçün nə dərəcədə cansıxıcı olduğu və xəstənin iş, ailə və sosial həyatına nə dərəcədə mənfi təsir etdiyi barədə həkimi məlumatlandırır. 0-dan 7-dək xallar yüngül simptomları, 8-dən 19-dək xallar – orta ağır, 20-35 arası xallar isə ağır simptomları göstərir. Əldə edilmiş qiymət xarakter etibarilə təqribidir. Həkim nəticələri şərh etməli və müalicə baxımından hər hansı bir qərar qəbul etməlidir. Cədvəli doldurmaq üçün, müvafiq sütunda konkret sualın cavabına uyğun olan nömrəni sıxın, məsələn, “Son bir ay ərzində sidik ifrazından sonra sidik kisəsinin tam boşalmadığını neçə dəfə hiss etmisiniz?” sualına “Demək olar ki, hər dəfə” cavabını verirsinizsə, sualla eyni sətirdə olan 5 nömrəsini sıxmalısınız. Qalan sualları da analoji qaydada cavablandıraraq nömrələri qeyd edin. Bütün cavablarınıza uyğun olan xallar toplanacaq və cədvəlin aşağısındakı sütunda göstəriləcəkdir.

Simptomların ağırlıq dərəcəsini qiymətləndirin (cədvəli doldurmaq üçün sıxın)

Prostat vəzi simptomlarının beynəlxalq qiymətləndirmə şkalası (IPSS)

Hər bir sual üçün yalnız bir cavabı işarələyin

 

  1. Son bir ay ərzində, sidik ifrazı bitdikdən sonra sidik kisəsinin tam boşalmadığını neçə dəfə hiss etmisiniz?
  2. on bir ay ərzində, sidik ifrazı bitdikdən iki saatdan az müddət keçdikdən sonra neçə dəfə təcili sidik ifraz etmək zərurəti hiss etmisiniz?
  3. Son bir ay ərzində, sidik ifrazı zamanı bir neçə dəfə dayanaraq yenidən sidik ifraz etməyə başladığınızı neçə dəfə hiss etmisiniz?
  4. Son bir ay ərzində, təcili sidik ifraz etmək istəyini və sidik ifrazını təxirə salmağın mümkünsüzlüyünü neçə dəfə hiss etmisiniz?
  5. Son bir ay ərzində, sidik şırnağının zəif olduğunu neçə dəfə hiss etmisiniz?
  6. Son bir ay ərzində sidik ifrazına başlamaq üçün gücəndiyinizi və ya gərildiyinizi neçə dəfə hiss etmisiniz?
  7. Son bir ay ərzində neçə dəfə (orta hesabla) gecə sidik ifraz etmək üçün qalxmısınız?

  8. Cəmi xal S =  0

    Xal:

    0-dan 7-dək - Yüngül;
    8-dən 19-dək – Orta ağır
    20-35 - Ağır.

    Sidik simptomlarına görəHəyat Keyfiyyəti

  9. Özünüzü necə hiss edərdiniz, əgər həyatınızın axırına kimi sidik problemi olduğu kimi qalardı?

PXH simptomları

PXH-nın müalicəsində aşağıdakı metodlardan istifadə edilir:

Konservativ müalicə 

Dərmanla müalicə 

- 5 α-reduktazanın inhibitorları – prostat vəzinin böyüməsinin qarşısını alır və hətta onun ölçülərini kiçildir, bu şərtlə ki, müalicə bir neçə ay və ya hətta bir neçə il davam etdirilsin.

- α 1-adrenergik reseptorların blokatorları – saya əzələlərin tonusunu azaltmaq yolu ilə təsir edir, qıcıqlanma simptomlarını aradan qaldırır.

- iltihab əleyhinə və anti - androgen təsirə malik olan bitki mənşəli vasitələr.

Cərrahi müalicə

 

Həkimin sizə təyin etdiyi müalicəyə əlavə olaraq, siz onun effektivliyini və təhlükəsizliyini artıran bir neçə prinsipə əməl edə bilərsiniz:

  • konkret preparatın dozalanması baxımından göstərişlərə dəqiq əməl edin və ya əgər dərman reseptsiz buraxılırsa, dərmanı qablaşmada göstərilən təlimata tam uyğun olaraq qəbul edin
  • simptomların yaxşılaşmasına və ya keçib getməsinə baxmayaraq, müalicəni dayandırmayın; müalicə həkimin təyinatına əsasən, yaxud əgər reseptsiz buraxılan dərman qəbul edirsinizsə, dərmanın içlik vərəqəsindəki təlimata uyğun olaraq dayandırıla bilər.
  • dərmanın İçlik vərəqəsinə müvafiq olaraq, dərmanı gün ərzində təsbit edilmiş vaxtlarda qəbul etməyi unutmayın
  • əgər gecə tez-tez sidiyə çıxmaqdan əziyyət çəkirsinizsə, yatmazdan əvvəl qəbul etdiyiniz mayenin miqdarını azaldın (kofe və spirtli içkilər diurezi xüsusilə artırır)
  • Əgər artıq çəkidən əziyyət çəkirsinizsə, çəkinizi azaltmağa çalışın, çünki bu, çanaq dibinin zəifləməsinə səbəb olur və sidiyi saxlamaq qabiliyyətinə mənfi təsir göstərir.